Faktıki hava açıqlandı, külək mülayimləşib
Digərləri 03 Noy 2019 12:32:44 207 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı növbəti məlumat yayıb
Bakı. Samir Əli -
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.
Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
Noyabrın 04-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.
(adsgarden = window.adsgarden || []).push({});
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az