Peyğəmbərlərin açıqaşkar əxlaqsız və iyrənc hərəkətləri


Digərləri 03 Noy 2019 12:24:00 242 0

Peyğəmbərlərin açıqaşkar əxlaqsız və iyrənc hərəkətləri

Bibliya (İncil) - dünyada ən çox satılan kitabdır. Eyni zamanda o, insanlıq üçün etika, əxlaq, mənəviyyat dərsi, maraqlı əfsanələr toplusu və "yolgöstərən ulduz" kimi qəbul olunur.

Bununla belə, bu kitabda intim, qətl və zorakılıq hallarına daha çox rast gəlinir, nəinki bədnam "Taxtların oyunu"nda (Game of Thrones).

Qəribə və inanılmaz görünsə də, Bibliya personajlarının çoxu, hansı ki, hamı onları xeyir təcəssümü, mömin hesab edir, bəzən açıq-aşkar əxlaqsız və iyrənc hərəkətlər edirdilər.

Son.az geniş kütlə üçün maraq kəsb edəcək, günah burulğanında qıvrılan peyğəmbərlər və digər Bibliya personajlarından bəhs edən yazını təqdim edir:

1. Musa

Musa peyğəmbar daha çox bununla məşhurdur ki, öz zamanında israilliləri Misirdən çıxarıb, eyni zamanda kitabda Qırmızı dənizin ikiyə bölünməsi və Musa peyğəmbərin Allahdan "10 Hökm" alması haqqında danışılır. Amma israillilər 40 il səhrada məqsədsiz dolaşmayıblar: Onlar bu vaxtın böyük hissəsini başqa şəhərlərə müdaxilə ediblər.

Yazılır ki, Madianitlərə qarşı döyüşdə qələbə qazandıqdan sonra Musa peyğəmbər belə bir əmr verib: "Bütün kişiləri öldürün, eyni zamanda hər bir oğlan uşağı olan körpəni də öldürün, kişiləri müdafiə edən, onlardan ayrılmaq istəməyən qadınları da öldürün. Kişilərini təkzib edən qadın və qızları isə özünüzə götürün". Əslində, bu hökmün mənasını yozmaq olduqca çətindir, amma sadə dillə yanaşsaq, müasir düşüncəylə ölçsək, bu, sadəcə kütləvi zorakılıq anlamına gəlir, başqa heç nə.

2. Davud

Çar David İncildə ən mömin adam kimi qələmə verilir. Halbuki o, təkbaşına arvadının xahişi ilə 200 adamı axtalamış və qətlə yetirmişdi. Lakin, bəzi misallar göstərir ki, qəddarlıq və kütləvi qətliamlar, bir qayda olaraq, haqq və doğruluqla əl-ələ gedir. Məsələn, David öz ordusu ilə bir neçə qonşu dövlətlərin torpaqlarına soxulub, onları işğal edib.

Bibliyada bu zorakılıqlarla bağlı geniş məlumat verilmir, sadəcə cüzi səbəblər göstərilir ki, onun öldürdüyü insanlar dünyanın "köhnə sakinlər"i idilər və bu torpaqlar məhv edilməli idi. Yenə müasir düşüncəylə yanaşsaq, belə çıxır ki, çar sadəcə olaraq, bir neçə azsaylı xalqların kökünü kəsib. Yazılır ki, Davidin ordusu işğal etdiyi şəhərlərdə bütün kişi və qadınları öldürüb, sonra isə onların bütün mal-qaralarını öz torpağına aparır və şəhəri viran qoyur. David və Qoliafın mətnində vurğulanır ki, David qalib gəldiyi Qoliafın başını kəsir və özü ilə aparır.

Bəlkə, o vaxt bu hərəkətlər normal idi, Allah məhz belə hökm etmişdi, bəlkə bizim bilmədiyimiz yüzlərlə başqa səbəb var, ancaq faktlara səthi baxanda, yenə də müasir insanın ağlınagəlməz zorakılıqlarla üz-üzəyik.

3. Yelisey

Kitaba görə, Yelisey eramızdan əvvəl IX əsrdə yaşamış peyğəmbər hesab olunur. Onun müəllimi İliya haqq dünyasına qovuşandan sonra Allah ona əmr edir ki, Yeliseyi peyğəmbər olaraq elan etsin. İncildə Yeliseyin adı çoxlu möcüzələrdə keçir: məsələn, İerixon şəhərinə suyu qaytarıb, bir qadının oğlunu dirildib, amma Yeliseyin xidmət siyahısında həqiqətən də digər bir "möcüzə" var ki, məəttəl qalmamaq mümkün deyil.

O vaxt ki, peyğəmbər Vefil şəhərinə gedir, bu zaman onun qarşısına bir qrup uşaq çıxaraq keçəl başına gülürlər. Yeri gəlmişkən, bu yeganə səhnədir ki, İncildə Yeliseyin daz olması xatırlanır. Nəticədə peyğəmbər uşaqları ölüm lənətilə lənətləyir. Dərhal iki ayı gələrək uşaqları tikələrə parçalayır. Bir daha qeyd edirik, bunlar İncildəndir.

4. İail

Bəlkə də çoxları İail haqda hətta eşitməyib. Bibliyada iki general arasında döyüş təsvir edilir: İsrail ordusunun generalı Barak və Xanaan ordusunun lideri Sisara. Vuruşma zamanı tərəzilərin göstəricisi israillilərin tərəfinə əyilir və Sisara səhraya doğru qaçır. Bu zaman israillilər bütün xanaanlıları qətlə yetirirlər. Sisara səhrada Xeber Kenerit adlı müttəfiqinin çadırına rast gəlir.

Xeberin arvadı İail Sisaranı salamlayaraq onu çadırın içinə dəvət edir və deyir ki, o, artıq əmin-amanlıqdadır, qorxulu bir şey yoxdur. Öz nəvbəsində Barak hələ də səhrada Sisaranı tapmaq üçün onu təqib edirdi. İail ədyallar altında Sisaranı gizlədir, gözləyir ki, o, yuxuya getsin. Yuxuya getdikdən sonra isə başına çiv çalaraq qətlə yetirir ki, böyük sərkərdə Baraka hədiyyə etsin.

(adsgarden = window.adsgarden || []).push({});