Suriya ordusu terrorçuların PUAsını vurdu


Dünya 03 Noy 2019 11:44:00 282 0

Suriya ordusu terrorçuların PUAsını vurdu

Suriya Milli Ordusu ölkənin şimalında, Eyn-İsa bölgəsi yaxınlığında pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirib.

Son.az bildirir ki, məlumatı "Anadolu" agentliyi yayıb. Məlumata görə, sözügedən PUA PKK/YPG terror təşkilatına aid olub.

Qeyd edək ki, YPG/PKK terror təşkilatının "Barış pınarı" bölgəsindən çəkilməsi üçün ABŞ və Türkiyə arasında 17 oktyabrda imzalanan razılığa baxmayaraq, Tel-Abyad və Rasulyan bölgələrində hücumlar davam etdirilir. Terror təşkilatının bu hücumlarda PUA-lardan geniş istifadə etdiyi bildirilir.