Ledi Qaqa Maurisio Quççinin qatili olacaq


Digərləri 03 Noy 2019 11:49:00 252 0

Ledi Qaqa Maurisio Quççinin qatili olacaq

Amerikalı müğənni və aktrisa Ledi Qaqa britaniyalı rejissor Ridli Skottun Quççi ailəsi haqqında filmində baş rola təsdiqlənib.

Son.az oxu.az-a istinadən bildirir ki, Qaqa filmdə məşhur brendin kreativ direktoru Maurisio Quççinin eks-arvadı Patrisiya Recianini canlandıracaq. Reciani ərinə sui-qəsdi təşkil etməkdə ittiham olunaraq 1995-ci ildə həbs edilmişdi. Lakin o, 2016-cı ildə yaxşı davranışına görə sərbəst buraxılmışdı.

Filmin ssenarisi Sara Qey Fordenin "Quççi evi: sensasiyalı qətl, dəlilik, qlamur və xəsisliyin tarixi" kitabı əsasında yazılıb.

Rejissor Ben Afflek və Mett Deymonun baş rollarda çəkildiyi "son duel" filmi üzərində işi tamamladıqdan sonra çəkilişlərə başlamağı planlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});