Türkiyədə Brilliantı Ajda Pekkana bənzətdilər


Şou-biznes 03 Noy 2019 11:00:00 222 0

Türkiyədə Brilliantı Ajda Pekkana bənzətdilər

Xalq artisti Brilliant Dadaşova Türkiyədə radiolardan birinə qonaq olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, müğənnini Ajda Pekkana bənzədiblər. Dadaşova ona ünvanlanan "Bənzədilmək də xoşunuza gəlir" sözlərinə belə cavab verib:

"Ailəmizdə hamı onun mahnılarına qulaq asırdı. Babam, atam deyirdi ki, sən ona bənzəyirsən. Amma Ajda Pekkanın səsi dünyada bir dənədir. Ona heç kim bənzəmir. Amma bənzədirsinizsə, xoşuma gəlir.

Sənət elə bir şeydir ki, səhnəyə çıxanda öz boğazlarımı edirəm. Özüm kimi olmağa, yeni səhifə açmağa çalışmışam. Yeni səhifə açmalısan, başqasını təkrarlasan, ikinci planda qalarsan".

(adsgarden = window.adsgarden || []).push({});