Dərin yuxunun faydası açıqlandı


Digərləri 03 Noy 2019 11:39:00 281 0

Dərin yuxunun faydası açıqlandı

Yuxu rejiminin pozulması "Alzheimer"  xəstəliyinin inkişafına səbəb ola bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bir qrup alimin apardığı bu araşdırmanın nəticəsi "Science" jurnalında yerləşdirilib.

Alimlərin verdiyi məlumata görə, dərin yuxu insan üçün faydalıdır, belə ki, bu müddət ərzində onurğa beyni mayesi hər 20 saniyədən bir beyini yuyur.

Alimlərin paltaryuyan maşının işi ilə müqayisə etdikləri məhz bu proses, demensiyaya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi - red.) cavabdeh olan beta-amiloid zülallarını beyindən yuyub çıxarır. 

(adsgarden = window.adsgarden || []).push({});