ABŞ Suriya nefti ilə silahlı qrupları maliyyələşdirir


Dünya 03 Noy 2019 11:29:00 282 0

ABŞ Suriya nefti ilə silahlı qrupları maliyyələşdirir

ABŞ Suriyanın şərqindən çıxardığı neftdən əldə etdiyi gəlirlə silahlı qruplara dəstək göstərir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, ABŞ "ağ dəbilqəlilər"ə dəstəyini hələ də davam etdirir:

"ABŞ "Təhriri-Şam"ın nəzarətindəki İdlibdə olan "Ağ dəbilqəlilər" qrupuna dəstəyini davam etdirir. Buna görə də hər an kimyəvi silah istifadə edilən yeni təxribat yaşana bilər".