KİV: Britaniyalı varlılar ölkədən qaçmağa çalışır


Digərləri 03 Noy 2019 10:49:00 224 0

KİV: Britaniyalı varlılar ölkədən qaçmağa çalışır

Britaniyalı milyarderlər Leyboristlərin seçkidə qalib gələcəyi təqdirdə ən qısa müddətdə ölkəni tərk etməyə hazırlaşır.

Son.az APA-ya istinadən xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, milyarderlər, Ceremi Korbinin baş nazir olacağı halda yeni vergilər səbəbindən milyardlarla funt-sterlinq itirəcəklərindən qorxurlar.

Xüsusilə, ölkədəki hüquq firmalarının mütəxəssisləri son vaxtlar çox sayda milyoner və milyarder müştərilərin digər ölkələrə köçmək, habelə sərvətlərini xaricə köçürmək məsələsində kömək istədikləri ilə bağlı müraciətlərlə qarşılaşdıqlarını bildirirlər.

Nəşrin yazdığına görə, varlı sakinlər sərvət və həyat şəraitinin itirilməsində Korbinin başçılıq etdiyi hökumətə "Brexit"dən daha çox təhlükə kimi yanaşırlar.

(adsgarden = window.adsgarden || []).push({});