Marginal Həsənli üçün hakimiyyət hərisliyi Azərbaycanın maraqlarından üstündür


Digərləri 03 Noy 2019 10:29:20 230 0

Marginal Həsənli üçün hakimiyyət hərisliyi Azərbaycanın maraqlarından üstündür

Son bir ay ərzində Azərbaycan bir çox siyasi hadisələr baş verib, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətdə ciddi struktur dəyişiklikləri və kadr islahatları keçirilib

Bakı. Son bir ay ərzində Azərbaycanda bir çox siyasi hadisələr baş verib, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətdə ciddi struktur dəyişiklikləri və kadr islahatları keçirilib. Azərbaycanda xalqın naminə aparılan dövlət siyasəti hələ müstəqilliyin ilk illərindən yumşaq desək, saxta vətənpərvərlərin narahatlığına səbəb olub. Bu cür vətənpərvərlər hər ölkədə, hər hökumətdə özlərini göstərir, Azərbaycan da bu baxımdan istisna deyil. İdeoloji bazaya, elektorata və ən əsası xalqın etimad və dəstəyinə sahib olmayan ikiüzlülər və marginallar, adəti üzrə vəziyyəti destabilizə etməyə və axmaq "bədən hərəkətləri" ilə dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışırlar. Bu cür saxta vətənpərvərlərdən biri də özünü demokratik qüvvələrin Milli Şurası adlandıran qurumun lideri, ölkədə siyasət və seçki qanunvericiliyində məhdud düşüncəli kimi tanınan Cəmil Həsənlidir. Bu dəfə hakimiyyətə gəlmək üçün bütün ümidləri itirmiş müxalifət nümayəndəsi Vaşinqtonda keçirilmiş müzakirələr zamanı qərbli dostlarına "ağlamaq" qərarına gəlib. C.Həsənlidən əlavə müzakirələrdə "Amnesty International" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson və jurnalist Sevinc Osmanqızı iştirak ediblər. Maraqlısı odur ki, marginal C.Həsənli ABŞ Dövlət Departamentini müxalifət liderlərinə, AXCP sədri Əli Kərimliyə, Milli Şuranın üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliyə laqeydlikdə ittiham edib. O bildirib ki, Dövlət Departamentinin müxalifət liderlərinə edilən işgəncələrə səssiz qalması təəssüf və məyusluq doğurur və Qərb ölkələrini Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq etməyə çağırıb. Gülüş doğuran hal odur ki, kollaborasionist C.Həsənli öz çıxışında hətta Maqnitski qanununu da xatırladıb. Marginalın bu ittihamının ardınca "Amnesty International" təşkilatının direktoru Daniel Balson ABŞ hökumətini ədalətli olmağa və Azərbaycan hökumətinə qarşı sanksiyalar qəbul etməyə çağırıb. Yeri gəlmişkən, bu, həmin D.Balsondur ki, hər dəfə erməni separatçılarını və Ermənistanda "məxməri" inqilabı tərifləyir. Müxalifətçi Cəmil Həsənli ilə D.Balsonu nəyin əlaqələndirdiyini başa düşmək üçün "patriot" C.Həsənlinin 2013-cü ildə "Guardian" qəzetinə ünvanlanan məktubunda Dağlıq Qarabağı "mübahisəli" ərazi adlandırdığını xatırlamaq kifayətdir. Təəccüblü deyil ki, "Milli Şura"ya məlumat dəstəyini erməni lobbiçiləri tərəfindən maliyyələşən "Amerikanın səsi" və "Azadlıq radiosu" göstərir. Özü də hər iki radiostansiya ABŞ-ın dövlət media layihələridir və birbaşa Konqres tərəfindən maliyyələşdirilir. Tamamilə aydındır ki, saxta vətənpərvər C.Həsənli üçün illüzor hakimiyyət hərisliyi və qərb təbliğatçılarının razılığı tarixi faktlardan, çoxsaylı beynəlxalq sənədlərdən və nəhayət Vətənin maraqlarından üstündür. Məhz bu səbəbdən də müxalifət liderlərinin niyyətlərini xalq ciddi qəbul etmir. Azərbaycan xalqına yaxşı məlumdur ki, Milli Şuraya daxil olan qüvvələrin öz maraqları və ambisiyalarından başqa təklif edəcəkləri heç bir şey yoxdur. Onlarda Azərbaycanda iqtisadi problemlərin həlli ilə bağlı dəqiq proqramı, vahid kadr bazası və ölkənin vahid inkişaf modeli yoxdur. Aydındır ki, Azərbaycan gəncliyi "demokratiya mübarizləri"nin çirkin siyasi oyunlarına daxil olmur, çünki başa düşür ki, radikal müxalifətin liderləri onların potensialını yalnız öz məkrli planlarına alət etməyə çalışır. Ötən gün radikal müxalifət xalq dəstəyi olmadığı üçün icra hakimiyyətinin ayırdığı məkanda aksiya keçirməkdən qorxdu. Bu həm də ona görə qanunauyğundur ki, müxalifətin potensialı yoxdur, onlar yalan və boş vədlərlə xalqı öz planlarına cəlb edərək Bakının mərkəzində kənar müşahidəçilərin hesabına kütləvi aksiya və qarmaqarışıqlıq keçirmək niyyətində idi. Amma bu cəhdlər uğur qazanmadı. İlk növbədə ona görə ki, Azərbaycan xalqı vəziyyəti sağlam qiymətləndirir. Azərbaycan vətəndaşları yaxşı başa düşür ki, ölkədə mövcud olan problemlər dövlət səviyyəsində, Prezident İlham Əliyevin rəhbərliyi altında operativ həll olunur, müxalifətin verə biləcəyi yeganə şey isə yalançı vədlərdir. Bu hal bir daha xalqın yeganə seçimini, onun dövlət başçısının ətrafında birləşməyini və müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onun siyasətini dəstəkləməsini təsdiq etdi. Trend-in siyasət şöbəsi Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin