Ötən gün güclü külək Bakıda fəsadlar törədib (FOTO)


Digərləri 03 Noy 2019 09:34:45 201 0

Ötən gün güclü külək Bakıda fəsadlar törədib (FOTO)

Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb

Bakı. Samir Əli - Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb. Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dənizdə isə dalğanın hündürlüyü 7 metr olub. Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb. (adsgarden = window.adsgarden || []).push({}); Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin