Bakıda "Porsche" qəza törətdi


Digərləri 03 Noy 2019 09:29:00 217 0

Bakıda "Porsche" qəza törətdi

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA TV-yə istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

"Porsche" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara, daha sonra "Renault" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə yerinə yol patrul xidməti müfəttişləri cəlb olunub, qəzanın səbəbləri araşdırılır.