Bu çaylarda sululuq artıb


Digərləri 03 Noy 2019 08:39:55 47 0

Bu çaylarda sululuq artıb

Bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Bakı. İlhamə İsabalayeva - Bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-40 faizini təşkil edir. Noyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 62 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 m3/s olmaqla, ongünlük normadan az olub. Noyabrın 1-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 32 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 38 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 81 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub. (adsgarden = window.adsgarden || []).push({}); Noyabrın 1-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 91 m3/s təşkil etməklə ongünlük normadan çox olub. Noyabrın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 316 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 1-də isə 370 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 107 sm qeydə alınmışdır. 2018-ci il noyabrın 1-də isə bu rəqəm 253 sm təşkil edib. Salyanda suyun səviyyəsi dəyişməmiş və 58 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 197 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 22 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 1-də isə 87 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 12 sm artaraq 150 sm təşkil edib, lakin 2018-ci il noyabrın 01-də 203 sm qeydə alınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"Əsgərlikdə donuz, at əti yeməyi öyrəndim"  Keçmişdəki mən  FOTO like
  • 03 Noy 08:39  
Digərləri "Əsgərlikdə donuz, at əti yeməyi öyrəndim" Keçmişdəki mən FOTO

Qulu Ağsəs: "Onda başa düşdüm ki, insan həyatda təkdir və tək gü

arrow Ətraflı
Yağmurlu havanın gətirdiyi payız xəstəlikləri like
  • 03 Noy 08:28  
Digərləri Yağmurlu havanın gətirdiyi payız xəstəlikləri

Dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin in

arrow Ətraflı
Azərbaycanda 3 gün İŞ OLMAYACAQ like
  • 03 Noy 08:06  
Digərləri Azərbaycanda 3 gün İŞ OLMAYACAQ

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqəd

arrow Ətraflı
Ağ Evin məsləhətçisi: ABŞ-Çin ticarət razılaşması üçün üç mərhələ tələb olunur like
  • 03 Noy 07:26  
Digərləri Ağ Evin məsləhətçisi: ABŞ-Çin ticarət razılaşması üçün üç mərhələ tələb olunur

Amerika Birləşmiş Ştatları və Çin ticarət sazişinin birinci hissəsini

arrow Ətraflı
Almaniyada nasistlərə qarşı tədbirlər görülür like
  • 03 Noy 06:44  
Digərləri Almaniyada nasistlərə qarşı tədbirlər görülür

Almaniyanın Drezden şəhər şurası "Nazinotstand" nasistlərə yer yoxdur ad

arrow Ətraflı
2020ci il yanvarın 1dən etibarən bu ölkədə ikili vətəndaşlığa icazə veriləcək like
  • 03 Noy 06:30  
Digərləri 2020ci il yanvarın 1dən etibarən bu ölkədə ikili vətəndaşlığa icazə veriləcək

2020-ci il yanvarın 1-dən etibarən Norveç sakinləri bu krallığın vətən

arrow Ətraflı
Kanada sakini milli lotereyada 7.6 milyon dollar qazandı like
  • 03 Noy 05:46  
Digərləri Kanada sakini milli lotereyada 7.6 milyon dollar qazandı

Kanadanın milli lotereyası "Lotto Max" 7.6 milyon dollar məbləğində cekpot

arrow Ətraflı
Elon Musk bir həftə ərzində iki milyard dollara varlı oldu like
  • 03 Noy 04:56  
Digərləri Elon Musk bir həftə ərzində iki milyard dollara varlı oldu

"SpaceX" və "Tesla"-nın qurucusu İlon Maskın sərvəti təxminən iki milyar

arrow Ətraflı
Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir like
  • 03 Noy 03:57  
Digərləri Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir

ABŞ Prezidenti Donald Tramp, şənbə günü Ağ Evdə məmnuniyyətlə Ukrayna

arrow Ətraflı