Avstriyada Avropa ölkələrində ən sərt siqaret qadağası qüvvəyə minib


Digərləri 03 Noy 2019 02:30:00 274 0

Avstriyada Avropa ölkələrində ən sərt siqaret qadağası qüvvəyə minib

Noyabrın 1-dən etibarən Avstriyada qastronomiya obyektlərində tütün məhsullarının istehlakını qadağan edən qanun qüvvəyə minib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uzun müzakirələrdən sonra qəbul edilən və 2018-ci ildə icrası parlament tərəfindən dayandırılan qanunun, nəhayət, tam qüvvəsi ilə tətbiqinə başlanıb. Bir sıra ictimai iaşə obyektlərinin sahibləri qanuna qarşı son anadək mübarizə apararaq, müəyyən istisnalar əldə etməyə və ya qanundakı hansısa boşluqlardan biznes maraqları üçün yararlanmağa çalışsalar da, heç bir nəticə hasil olmayıb. Ekspertlərin rəyinə görə, bu, Avropa ölkələri arasında siqaretdən istifadəyə qarşı ən sərt qanundur. Hətta Avropada siqaret qadağasını ilk tətbiq edən İrlandiyada da bu qanun yumşaq şəkildə tətbiq olunur. Bu ölkədə ictimaiyyətin girişinə icazə verilməyən qapalı tədbirlərdə siqaretdən istifadə mümkündür. Avstriyada isə heç bir bəhanə, qapalı tədbir, toplantı və s. adı altında siqaret qadağasından qurtulmaq mümkün deyil.

Hazırda müştərilərə qəlyan təklif edən obyektlərin sahibləri bu obyektlər üçün xüsusi icazənin verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət ərizəsi veriblər. Şikayətlə bağlı qərar çıxana kimi həmin obyektlərdə müştərilərə qəlyan təklif edilməsi mümkün olmayacaq. Qadağan, eyni zamanda, elektron siqaretləri də əhatə edir.

Qanunvericiliyə görə, obyektlərində tütün məmulatlarından istifadəyə görə qastronomlara ilkin olaraq 800 avro cəza veriləcək. Belə hal təkrar edildikdə cərimənin məbləği 10 min avroyadək yüksələ bilər.

(adsgarden = window.adsgarden || []).push({});