İran əhalisinin sayı artıb


Dünya 03 Noy 2019 00:45:00 263 0

İran əhalisinin sayı artıb

Son 5 ildə İran əhalisinin sayı sabit şəkildə artaraq 83,75 milyon nəfərə çatıb.

Son.az bildirir ki, AZƏRTAC İranın Mərkəzi Statistika İdarəsinin yaydığı yeni demoqrafik hesabata istinadla xəbər verir ki, ötən illə müqayisədə cari ildə əhalinin sayında 4,7 faiz artım müşahidə olunub.

Hesabatda bildirilir ki, İranda əhalinin artımı sabit olub. Belə ki, 2016-cı ildə ölkədə əhalinin sayı 80, cari ildə isə 83,75 milyon nəfərə çatması onu deməyə əsas verir ki, əhalinin sayı ildə 1 milyon nəfər artıb. İranda əhalinin kənddən şəhərə köçməsində də artım müşahidə edilib. Hesabata görə, hazırda İranda kənd əhalisinin sayı 21 milyon nəfərdir. Əhalinin 62 milyon nəfərdən çoxu isə şəhərlərdə məskunlaşıb.

Hazırda İran əhalisinin 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir.