Merkel Hindistanla sərbəst ticarətlə bağlı danışıqların əhəmiyyətini qeyd edib


Digərləri 03 Noy 2019 00:02:00 280 0

Merkel Hindistanla sərbəst ticarətlə bağlı danışıqların əhəmiyyətini qeyd edib

Almaniya kansleri Angela Merkel Yeni Dehlidə səfəri zamanı Hindistan və Almaniya arasında sərbəst ticarət müqaviləsi mövzusunda danışıqları bərpa etmək lazım olduğunu söyləyib

Bakı, Almaniya kansleri Angela Merkel Yeni Dehlidə səfəri zamanı Hindistan və Almaniya arasında sərbəst ticarət müqaviləsi mövzusunda danışıqları bərpa etmək lazım olduğunu söyləyib. Trend-in məlumatına görə, Almaniya ilə Hindistan arasında sərbəst ticarət zonasının yaradılması ilə bağlı danışıqlar 2013-cü ildə dayandırıldı. Bunun səbəbi iki ölkə arasında kənd təsərrüfatı ətrafında fikir ayrılıqları olduğuna görə olmuşdur. Şənbə günü Merkel, Avropa Komissiyasının tərkibindəki dəyişikliyi nəzərə alaraq, bənzər bir saziş bağlamaq üçün yeni bir cəhd göstərməyin lazım olduğunu ifadə edib. O, Hindistanın baş naziri Narendra Modi ilə bu mövzunu ətraflı müzakirə etdiyini qeyd etdi. Kansler, Alman şirkətlərindən Hindistan iqtisadiyyatına, xüsusilə ölkənin infrastrukturuna investisiya qoymaq üçün yaxşı perspektivlər gördüyünü vurğuladı və Hindistandan gələn tələbələrin Almaniyada ixtisaslı işçi çatışmazlığını ödəyə biləcəyini qeyd etdi. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin