Səs gecikməsini təxminən sıfıra endirən qulaqcıq:


Digərləri 02 Noy 2019 23:20:00 267 0

Səs gecikməsini təxminən sıfıra endirən qulaqcıq:

Oyun avadanlıqları və aksesuarları istehsal edən Razer, bu yaxınlarda yeni simsiz qulaqcığı-"Hammerhead True Wireless"-i təqdim edib. Mobil oyunçular üçün peşəkar bir cihaz olan bu qulaqlıq mobil oyundakı səs gecikməsini faktiki olaraq aradan qaldırır.

Son.az techland.az-a istinadən bildirir ki, xüsusi olaraq mobil platformalar üçün Bluetooth 5.0 bağlantısından istifadə edən bu rejim, FPS oyunlarında xüsusilə vacib olan səs gecikməsini cəmi 60 ms-ə kimi azaldır. Bu funksiya vasitəsilə oyunçuların PUBG və Fortnite kimi çox oyunçu iştirak edən mobil oyunlarında yüksək üstünlük qazandıqlarını söyləyə bilərik.

Oyunçu avadanlığı sahəsində keyfiyyətini sübut edən Razer, bu qulaqcığıyla çox istifadəçidən yüksək qiymət almağı bacardı. Buna görə qulaqcıqların hər biri tam doldurulmuş şarj ilə 3 saat fasiləsiz işləyə bilir. Qulaqcıqları 4 dəfə tam şarj edən və 15 saata qədər uzanan əlavə bir USB-C şarj qabı da var. Qulaqlıq dizaynında qara rəng üstünlük təşkil edir və oyun zamanı tərləmə və ya sıçramağın qarşısını almaq üçün IPX4 sertifikatına sahibdir. Bu şəkildə qulaqlıq da maye ilə əlaqəli zərərlərdən qorunur. Razer, həmçinin qulaqlıqlarının 20 Hz - 20 KHz tezlik diapazonlarında işlədiyini bildirir.

Yaxşı dizayn ilə təchiz edilmiş qulaqcıq qlobal bazarda 99 dollar  qiymət etiketinə sahibdir. Qulaqcıqların yaxın zamanda ölkəmizdə satışa çıxarılacağı gözlənilir, lakin ölkəmizdə qiymətin nə olacağı hələ məlum deyil.

(adsgarden = window.adsgarden || []).push({});