Pis tər qoxusunun


Digərləri 02 Noy 2019 23:05:00 291 0

Pis tər qoxusunun

Tər qoxusu ilə mübarizədə bir çox vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy gəlmədiyini bilirdinizmi?

Son.az medicina.az-a istinadən bildirir ki, alimlərin apardığı araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil.

Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur.

Sağlam insanda pis tər qoxusunun əsas səbəbləri bunlardır:  

- gigiyena qaydalarına tam şəkildə riayət etməmək  

- sintetik, havanı buraxmayan paltar, corab  

- çoxlu soğan-sarımsaq, yağlı, qızardılmış, ədviyyatlı qidaları istehlak etmək  

-Hamiləlik zamanı və yeniyetməlik dövründə tərin qoxusu daha kəskin ola bilər. Bunun səbəbi orqanimzdə gedən ciddi hormonal dəyişikliklərdir. Bu hal müvəqqəti xarakter daşıyır.

(adsgarden = window.adsgarden || []).push({});