Xəzər dənizində dalğaların hündürlüyü 7 metrə çatıb


Digərləri 02 Noy 2019 21:10:00 265 0

Xəzər dənizində dalğaların hündürlüyü 7 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb

Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin saat 20:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub. Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb. Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd: ölkə ərazisinndə qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal -qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin