Suriyada terakt: 13 ölü, 20 yaralı


Dünya 02 Noy 2019 20:43:00 306 0

Suriyada terakt: 13 ölü, 20 yaralı

Suriyanın şimalında yerləşən və hazırda Türk ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində terror aktı yörədilib

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb", - nazirliyin məlumatında belə deyilir. Həlak olanların sayının artacağı istisna olunmur.

Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə "Sülh çeşməsi" əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.