Uber şirkəti yemək daşınması üçün olan yeni dron modelini təqdim etdi


Digərləri 02 Noy 2019 20:45:00 284 0

Uber şirkəti yemək daşınması üçün olan yeni dron modelini təqdim etdi

Uber şirkətinin Uber Eats şöbəsi dron vasitəsilə yemək daşınmasının test olunmasının yeni mərhələsinə başlayıb. Dron vasitəsilə yemək daşınması servisinin ilkin mərhələsinin 2020-ci ildə San Dieqoda start götürəcəyi planlaşdırılır. Hələlik isə şirkət bu iş üçün nəzərdə tutulmuş yeni dron modelini təqdim edib. Yeni dron modelinin əsas özəlliyi ondan ibarətdir ki, o, 6 ədəd pərə və dönə bilən qanad mexanizminə sahibdir.

Son.az technote.az-a istinadən bildirir ki, sözügedən dron eyni anda 6 ədəd mühərrik ilə təchiz edilib. Dronun sağ və sol qanadı müxtəlif bucaq altında dönə bilir. Üfüqi şəkildə yeni dron yalnız şaquli istiqamətdə uçuşu reallaşdırır. Dronun yük qaldırma qabiliyyəti isə iki nəfər üçün nəzərdə tutulmuş yemək daşınmasından ibarətdir. Yükün götürülüb və lazımi yerə çatıdırılması da daxil olmaqla ümumilikdə dronun çalışma müddəti 8 dəqiqədir. Mühəndislərin hesablamalarına əsasən dronda yerləşdirilimş batareya həcmi onun 19 km yol qətt etməsinə bəs edir.

Yemək çatdırılmasının yeni üsulunun məğzi ondan ibarətdir ki, restoran əməkdaşı tərəfindən drona sifariş edilmiş yeməyin yerləşdirilməsindən sonra həmin dron sifarişi kuryerə çatdıracaq. Başqa sözlə desək, dron, restoran ilə kuryer arasında olan qısa mərhələdir. Bu cür həll isə yemək daşınması prosesini daha sürətli edəcək. Sifarişlərin yeni üsul ilə çatdırılmasının dərin inteqrasiyasını Uber şirkəti 2021-ci ildə reallaşdırmağı planlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});