Velosipedəbənzər kiçik elektrik poçt maşını istehsal ediləcək


Digərləri 02 Noy 2019 20:32:00 309 0

Velosipedəbənzər kiçik elektrik poçt maşını istehsal ediləcək

Tam elektriklə işləyən kiçik elektrik sərnişin maşınlarının istehsalı ideyası çoxdan mövcuddur. Belə ki, "Nissan", "Peugeot", "Renault" və "Citroen" kimi avtomobil brendlərinin şəhərlərdə havanın çirklənməsinin qarşısını almaq üçün yeni layihələri artıq təqdim olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu istiqamətdə ən uğurlu sayılan layihə velosipedə bənzəyən və elektriklə işləyən EAVan kiçik nəqliyyat vasitəsinin istehsalıdır. Oksford Universitetində yerləşən EAV startapının hazırladığı bu maşınlar mexaniki-elektrik sistemi və yüngül çəkisi ilə fərqlənir. Dördtəkərli velosipedə bənzəyən bu maşında elektriklə işləyən motor və bağlamaları daşımaq üçün kiçik salon var. Onlardan poçt daşımaları üçün istifadə edilməsi nəzərdə tutulur. Cəmi 250 vatt gücündə motoru olan EAVan maşınları saatda 30 kilometr sürətlə bir cərəyan yüklənməsi hesabına 90 kilometr məsafə qət edə bilir. Sürəti artırmaq üçün velosipeddə olduğu kimi, pedallarla çarxı fırlatmaq lazımdır. Yeni maşının batareyasını yükləmək üçün onun 13 amper olan rozetkasını 240 volt cərəyana qoşmaq kifayətdir.

(adsgarden = window.adsgarden || []).push({});