Şərqi Çində güclü quraqlıqdır


Dünya 02 Noy 2019 20:33:00 276 0

Şərqi Çində güclü quraqlıqdır

Çinin şərqindəki Anhoy əyaləti güclü quraqlıqdan əziyyət çəkir. Bunun nəticəsində təbii hadisədən daha çox ziyan çəkən bəzi rayonlarda əkin aparılmayıb və içməli su təchizatı pozulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 12-dən oktyabrın 28-dək əyalətdə yağıntıların orta miqdarı 83,9 millilitr təşkil edib ki, bu da adi illərdəkinə nisbətən 60 faiz azdır və 1961-ci ildən bəri özünün sayca ikinci dəfə ən aşağı səviyyəsinə çatıb.

Əyalətin fövqəladə hallar idarəsindən məlumat veriblər ki, ümumilikdə, əyalətin 45 şəhər və qəzası quraqlıqdan güclü ziyan görüb. Bununla yanaşı, Yantszı çayının sahil boyunca yerləşən üç şəhərin ərazisi son 50 ilin ən güclü quraqlığından əziyyət çəkir.

Təbii fəlakət 1 milyondan artıq sakinə öz təsirini göstərib, kənd təsərrüfatı məhsullarının 400 min hektar əkin sahələrinə ziyan dəyib. Birbaşa iqtisadi itkilər isə 1,6 milyard yuan (təqribən 227 milyon ABŞ dolları) təşkil edib.

Anhoy meteorologiya idarəsi yağıntıların süni şəkildə artırılmasından ötrü "buludların süni əkilməsi" üsulundan istifadə edir. Çünki gələn həftə ərzində Anhoy əyalətinin əksər rayonlarında yağıntı gözlənilmir.