Razılaşsalar dünyanın ən böyük avtomobil şirkəti yaranacaq


Digərləri 02 Noy 2019 20:15:00 220 0

Razılaşsalar dünyanın ən böyük avtomobil şirkəti yaranacaq

İtalyanın "Fiat Chrysler Automobiles" şirkəti (FCA), Peugeot və Citroen markalarının bağlı olduğu Fransanın PSA Qrupu ilə ola biləcək bir birləşmə üçün danışıqlar apardıqlarını təsdiq edib.

Son.az "Marja"-ya istinadən xəbər verir ki, FCA-dən verilən açıqlamada , PSA Qrupu ilə dünyanın ən böyük "mobility" qruplarından birini meydana gətirmək hədəfi ilə danışıqlar reallaşdırıldığı bildirilib.

Beləcə FCA,  beynəlxalq mətbuatda çıxan xəbərləri təsdiq etmişdir.

Fiat Chrysler-in ABŞ-da ticarət olunan səhmləri dünən xəbərdən sonra təxminən 8% dəyər qazanmışdı.

(adsgarden = window.adsgarden || []).push({});