Bakıda Mercedes qaçırmaqda şübhəli bilinən tutuldu


Digərləri 02 Noy 2019 19:51:00 249 0

Bakıda Mercedes qaçırmaqda şübhəli bilinən tutuldu

Noyabrın 1-nə keçən gecə paytaxtın Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus "Mercedes" markalı avtomobilin qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən Son.az-a bildiriblər ki, məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 1-nə keçən gecə Y.Vəzirov və N.Məlikov küçələrində "Range Rover" markalı avtomobildən videoqeydiyyat qurğusu, "KIA" markalı avtomobildən içərisində 700 manat olan pulqabı və "Ford" markalı avtomobildən iki çanta oğurlaması da müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.