Gürcüstan ilə Rusiya arasında danışıqlar yenidən bərpa olunur


Dünya 02 Noy 2019 19:47:00 292 0

Gürcüstan ilə Rusiya arasında danışıqlar yenidən bərpa olunur

Gürcüstan ilə Rusiya arasında danışıqlar yenidən bərpa olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş Nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfindən danışıqları yenidən Qriqori Karasin aparacaq. Sayca 23-cü olacaq növbəti görüş noyabrın sonlarında Çexiyanın paytaxtı Praqada keçiriləcək.

"Biz danışıqların bu mərhələsində Gürcüstanın işğal altında olan əraziləri və Rusiya ilə ölkəmiz arasında birbaşa aviareyslərin bərpası məsələlərini müzakirə edəcəyik", -deyə Abaşidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan ilə Rusiya arasında danışıqların son mərhələsi iyunun 13-də Praqada keçirilib.