Ankara əsirlərin kimə təhvil verildiyini bildirmir


Dünya 02 Noy 2019 19:22:00 217 0

Ankara əsirlərin kimə təhvil verildiyini bildirmir

Ankara sərhədləri yaxınlığında ələ keçirilən 18 nəfəri kimə təhvil verdiyinə aydınlıq gətirməyib. Həmin şəxslər Suriya hərbçiləridir.

Bu haqda Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsirlər Rusiya Federasiyası ilə koordinasiya əsasında təhvil verilib.

Onlar oktyabrın 29-da Ras Əl-Ayn şəhərində əsir götürülüb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Moskva və Ankara Türkiyənin oktyabrın 9-da hücuma başladığı zaman ələ keçirdiyi ərazilərin nəzarətini saxlaması haqda razılıq əldə edib. Rusiya və Suriya hərbi qüvvələri isə sərhədin qalan hissəsinə nəzarət edəcək.

Rusiya və Türkiyə həmçinin sərhəd bölgəsinin Türkiyə tərəfindən ələ keçirilən ərazilərinin şərqində və qərbində olan hissələrinə birgə nəzarət etmək haqda razılıq əldə edib.

Türkiyə və Rusiya Suriyanın şimal-şərq sərhədində cümə günü birgə patrul xidmətinə başlayıb.