İkiaylıq qızını öldürən anaya 12 il həbs cəzası


Dünya 02 Noy 2019 19:24:00 264 0

İkiaylıq qızını öldürən anaya 12 il həbs cəzası

Belarusda məhkəmə ikiaylıq qızını öldürməkdə ittiham olunan türkmən qadına 12 il həbs cəzası kəsib.

Belarusun qərbindəki Brest Regional Məhkəməsi oktyabrın 31-də 29 yaşlı Yulduz Haydarovanı körpəsini boğaraq öldürməkdə təqsirli bilib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Haydarova bütün mümkün şikayətləri verəndən sonra hökm qüvvəyə minəcək.

Müstəntiqlər Brestdə kollec tələbəsi olan Haydarovanın mayda, qızının cəsədi çay yaxınlıqda tapılandan sonra həbs olunduğunu deyib.