Polis 30dan çox miqrantı yük maşınının içində tapıb


Dünya 02 Noy 2019 19:11:00 270 0

Polis 30dan çox miqrantı yük maşınının içində tapıb

Pakistanın qeyri-qanuni miqrantları yük maşının içində Fransanın cənubundakı "Alpes-Maritimes" şöbəsindəki A8 magistral yolunda dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, miqrantları İtaliya sərhədi yaxınlığında yoxlama zamanı aşkar ediblər. Saxlanılan qanunsuz immiqrantlar arasında ümümi olaraq 30 nəfər olub və onlardan üç nəfərin yaşı isə 15 olub. Onların hamısı İtaliya səlahiyyətlilərinə təhvil verilib.

Qeyd edək ki, insanların daşınmasının iddia edilən təşkilatçısı Fransa sərhəd polisi tərəfindən tutulub. Ona qanunsuz olaraq immiqrantların Fransaya girməyə kömək etmək ittihamı ilə cinayət işi irəli sürülüb.