Aston Martin rodster kuzovlu Vantage modelinin ilk şəkillərini dərc edib FOTO


Digərləri 02 Noy 2019 19:01:00 286 0

Aston Martin rodster kuzovlu Vantage modelinin ilk şəkillərini dərc edib  FOTO

Aston Martin şirkəti rodster kuzovlu Vantage modelinin ilk şəkillərini dərc edib. Rodster hələlik konsept statusundadır və gələn ilin yazında satışa çıxacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, şəkillərdən göründüyü kimi, avtomobil yumşaq dam örtüyünə malikdir. Buna baxmayaraqŞ rodster texniki cəhətdən kupe kuzovlu varianta bənzər olacaqdır. Avtomobilin əyri formalı arxa işıq tyexnikası və onu təkrar edən buraxılış sisteminin haşiyəsi və quraşdırılmış spoyler də qorunub-saxlanıbdır. Çox güman ki, rodsterin şassisi başqa tənzimləmələrə sahib olacaqdır.

Yeni nəsil Aston Martin Vantage kupesi Mercedes-AMG şirkətinin istehsalı olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə təchiz edilir. Gün aqreqatı 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edir. Mühərrik ZF şirkətinin istehsalı olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Kupe 100 km/saat sürətini 3,6 saniyəyə toplayır və 313 km/saat maksimal sürət həddinə malikdir.

Rodsterin də eyni güc aqreqatı ilə təklif ediləcəyi gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});