"Qürurum milyon dollardan daha dəyərlidir"


Digərləri 02 Noy 2019 18:56:00 216 0

"Qürurum milyon dollardan daha dəyərlidir"

"Survivor" yarışması ilə məşhurlaşan Turabi Çamkıran ötən il çempion olduğu "War of the Worlds" yarışmasına yenidən qatılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, Amerikada izlənmə rekordları qıran layihədə bir yarışmaçı ilə dalaşıb. Turabi oyun zamanı ona irad bildirən gəncə hücum edib. Güvənlik işçilərinin zorla sakitləşdirdiyi Çamkıran yarışmadan geri çəkilmə qərarı aldığını bildirib.

Davadan sonra İnstaqram hesabından paylaşım edən Turabi "Qürurum bir milyon dollardan daha dəyərlidir. Öz istəyimlə geri çəkilirəm. Çünki bu davadan sonra oraya geri qayıtsam, qorumaların olmadığı yerdə o toyuğun bütün sümüklərini sındıracam" deyə, yazıb.

Qeyd edək ki, "Survivor"dan sonra Amerikanın ən çox izlənən "The Challenge" yarışmasına qatılan Turabi burada da çempion olmuşdu. Uğurları ilə hər zaman adından söz etdirən Çamkıran ümumilikdə, 5 milyon lirənin sahibi olmuşdu.

(adsgarden = window.adsgarden || []).push({});