Azərbaycanlı alim beynəlxalq konfransda onlayn məruzə edib


Digərləri 02 Noy 2019 16:41:00 357 0

Azərbaycanlı alim beynəlxalq konfransda onlayn məruzə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Alıyev qardaş Qırğızıstan Respublikasının J. Balasaqın adına Qırğız Milli Universitetində 2 noyabr 2019-cu ildə təşkil olunmuş "Təbiət və riyaziyyat fənlərinin məktəblərdə və universitetdə tədrisinin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfransa dəvət alıb. Lakin müəyyən səbəblərdən beynəlxalq konfransın işinə qatıla bilməyən dosent Yusif Alıyev konfransın təşkilat komitəsinin sədri Dr. Ulanbek Mambetakunovun səyi ilə konfransa onlayn formada qatılaraq öz məruzəsini webnar çıxış vasitəsilə təqdim etmişdi.

Son.az bildirir ki, aktiv şəkildə keçən məruzə təqdimatın sual-cavab mərhələsi də maraqlı keçmiş sonda məruzəyə görə onlayn şəkildə sertifikat da təqdim olunmuşdur. Filialın direktoru məruzəsində konfrans iştirakçılarına Azərbaycan təhsilinin uğurlarından, Pedaqoji Universitetdə kadr hazırlığının prioritetlərindən söz açaraq qloballaşma şəraitində təbiət və dəqiq elm fənlərinin tədrisinin xüsusi formada qurulduğunu qeyd ecib. Dosent Y. Alıyev həmçinin Quba filialının beynəlxalq çıxış imkanlarını artırmaq üçün Filialın maddi-texniki bazası əsasında müasir texnologiyalara uyğun yeni beynəlxalq əlaqəli webnar mərkəzin yaradılması ilə bağlı ciddi işlərin görüldüyünü də söyləyərək gələcəkdə Azərbaycanın region ali məktəblərinin də beynəlxalq rəqabətliliyə dözümlü olacağını qeyd edib.