Düz bağırsağında heroin keçirmək istədi,


Kriminal 02 Noy 2019 15:46:00 270 0

Düz bağırsağında heroin keçirmək istədi,

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Son.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaş saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentlə sarılan 1 ədəd bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 25 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.