Makronun Ukrayna ilə bağlı sözləri Kiyevdə qalmaqal yaratdı


Dünya 02 Noy 2019 15:24:00 326 0

Makronun Ukrayna ilə bağlı sözləri Kiyevdə qalmaqal yaratdı

Ukrayna Xarici İşlər Nazirliyi Fransanın ölkədəki səfiri Etyen de Ponsyeni prezident Emmanuel Makronun "qeyri-leqal Ukrayna şəbəkələri" haqqında sözlərinə aydınlıq gətirmək üçün çağırıb.

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə diplomatik idarənin mətbuat katibi Yekaterina Zelenkonun "112.ua" saytına verdiyi açıqlamada deyilir.

Onun sözlərinə görə, Fransa dövlət başçısının bununla nə demək istədiyi onlara aydın olmadığı üçün səfirdən ətraflı məlumat öyrənmək istəyiblər.

Etyen de Ponsyen isə prezidentin Fransaya səyahət edən Ukrayna vətəndaşlarını nəzərdə tutmadığını deyib.

Səfir Emmanuel Makronun əsasən miqrasiya və əmək məşğulluğu sahəsindəki problemlərdən danışdığını, bir sıra cümlələrin isə ümumi konteksdən çıxarılaraq mətbuatda şişirildiyini bildirib.