Maskalı şəxslər Sabirabadda bələdiyyə sədrinin evinə silahlı basqın etdilər


Kriminal 02 Noy 2019 14:51:00 325 0

Maskalı şəxslər Sabirabadda bələdiyyə sədrinin evinə silahlı basqın etdilər

Sabirabad rayonunda bələdiyyə sədrinin evinə basqın edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qaratəpə kəndində baş verib.

Kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova bu barədə polisə müraciət edərək bildirib ki, gecə saatlarında onun yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edərək bacısı Tamam Hüseynovanın boyun nayihəsindən vurub. Daha sonra naməlum şəxslər T.Hüseynovanı otağa çəkərək ağzını yapışqan lentlə bağlayıb, onu döyərək pul tələb ediblər. Bacısının səsinə oyanan F. Hüseynova da maskalı şəxslərin hücumuna məruz qalıb.

Maskalı şəxslər onun da ağzını bağlayaraq bıçaqla hədələyiblər. Ailə üzvlərinin səsə oyandığını görən naməlum şəxslər hadisə yerindən qaçıblar.