ABŞın dövlət borcu rekord məbləğə çatıb


Dünya 02 Noy 2019 14:02:00 306 0

ABŞın dövlət borcu rekord məbləğə çatıb

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq yeni rekord müəyyən edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında yer alıb. Sənəddə göstərilən məbləğ oktyabrın 31-də ölkənin dövlət borcunun vəziyyətini əks etdirir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, ABŞ-ın dövlət borcu 2023-cü ildə ümumi daxili məhsulun 117 faizinə çatacaq. Halbuki 2017-ci ildə bu göstərici 108 faiz idi. ABŞ-ın hazırkı borc problemləri 2007-2008-ci illərdə baş verən iqtisadi-maliyyə böhranından miras qalıb. Həmin dövrdən bəri ölkədə dövlət borcunun tavanı bir neçə dəfə qaldırılıb.

Barak Obamanın səkkizillik hakimiyyəti dövründə ABŞ-ın dövlət borcu demək olar ki, 9 trilyon dollar artaraq 20 trilyon dollara çatmışdı. Amerikalı iqtisadçılar 2026-cı ilə qədər bu məbləğin 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.