Aqrar sahədə fəaliyyət göstərən KOB-lar üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək


Digərləri 02 Noy 2019 12:46:00 240 0

Aqrar sahədə fəaliyyət göstərən KOB-lar üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək

KOB dostları tərəfindən onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcək.

Bakı. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün bir sıra dövlət dəstəyi mexanizmləri - kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, aqrar məhsulların istehsalçılarına mineral gübrə, biohumus və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi və s. tətbiq olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, 2020-ci ilin 1 yanvar tarixindən isə fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək. KOBİA-nın təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçiriləcək növbəti onlayn maarifləndirmə tədbiri məhz aqrar sahədə tətbiq olunacaq yeni subsidiya qaydalarına və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara dövlət dəstəyi mexanizmlərinə həsr olunacaq. Noyabrın 6-da saat 11.00-da təşkil olunacaq onlayn tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri müvafiq mövzularda məlumatlandırılacaq, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən onları maraqlandıran suallar cavablandırılacaq. Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 711809561): - Kompüter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/711809561 linkinə daxil olmaqla;