İkimərtəbəli ev yandı


Digərləri 02 Noy 2019 11:39:00 280 0

İkimərtəbəli ev yandı

Bərdədə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bərdə rayonunun Mollalı kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.