İran alternativ enerji ehtiyatlarını artırır


Dünya 02 Noy 2019 11:12:00 280 0

İran alternativ enerji ehtiyatlarını artırır

İran alternativ enerji ehtiyatlarını artırır. Belə ki, bu il 10 vilayətdə 19 alternativ enerjili elektrik stansiya istismara veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Alternativ Bərpa oluna bilən Enerjilər və Elektrik Enerjisinin İstismarı Təşkilatının sözçüsü Cəfər Məhəmmədnejad Siqarudi deyib.

C.M.Siqarudinin sözlərinə görə, 19 layihənin ikisi külək turbinli elektrik stansiyası, biri kiçik su elektrik stansiyası, digəriləri isə günəş panelli elektrik stansiyalardır.

C.M.Siqarudi əlavə edib ki, Şərqi Azərbaycan vilayətində 50 meqavatlıq külək turbinli elektrik stansiyası istismara veriləcək. Bu stansiyaya təxminən 80 milyon avro investisiya yatırılıb və 240 nəfər işlə təmin olunacaq.

Onun sözlərinə görə, İranın "Mapna" şirkəti tərəfindən inşa olunan bu stansiyanın fəaliyyətə başlaması ilə ildə 89 min ton istixana qazının havaya atılmasının qarşısı alınacaq, 37 milyon ton təbii qaza və 28,5 min kubmetr suya qənaət olunacaq.