Rusiyada tanker partladı


Dünya 02 Noy 2019 10:55:00 290 0

Rusiyada tanker partladı

Rusiyanın Naxodka şəhərində neft tankerində partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 dənizçi həlak olub, daha bir nəfər itkin düşüb.

Hazırda itkin düşən dənizçinin axtarışları davam edir.

Qeyd olunur ki, partlayış tankerdə qaz sızması nəticəsində baş verib. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.