Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir


Siyasət 02 Noy 2019 10:11:00 322 0

Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub.

Nümayəndə heyəti, həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.