"Opel"in altında köməksiz qalan


Digərləri 02 Noy 2019 10:22:00 282 0

"Opel"in altında köməksiz qalan

Bakı sakini ehtiyatsızlıqdan faciəli şəkildə ölüb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin "Opel" markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.