İran alternativ enerji ehtiyatlarını artırır - 19 yeni stansiya açılacaq


Digərləri 02 Noy 2019 10:26:00 268 0

İran alternativ enerji ehtiyatlarını artırır - 19 yeni stansiya açılacaq

İran alternativ enerji ehtiyatlarını artırır.

Bakı. Elnur Bağışov - İran alternativ enerji ehtiyatlarını artırır. Belə ki, bu il 10 vilayətdə 19 alternativ enerjili elektrik stansiya istismara veriləcək. Trend-in məlumatına görə, bunu İranın Alternativ Bərpa oluna bilən Enerjilər və Elektrik Enerjisinin İstismarı Təşkilatının sözçüsü Cəfər Məhəmmədnejad Siqarudi deyib. C.M.Siqarudinin sözlərinə görə, 19 layihənin ikisi külək turbinli elektrik stansiyası, biri kiçik su elektrik stansiyası, digəriləri isə günəş panelli elektrik stansiyalardır. C.M.Siqarudi əlavə edib ki, Şərqi Azərbaycan vilayətində 50 meqavatlıq külək turbinli elektrik stansiyası istismara veriləcək. Bu stansiyaya təxminən 80 milyon avro investisiya yatırılıb və 240 nəfər işlə təmin olunacaq.