Hollivudun keçmiş cütlüyü arasında növbəti qalmaqal


Digərləri 02 Noy 2019 09:53:00 274 0

Hollivudun keçmiş cütlüyü arasında növbəti qalmaqal

Hollivudun məşhur aktyoru Conni Depp qalmaqala düşüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, dünya ulduzu amerikalı həmkarı və keçmiş həyat yoldaşı Ember Herdlə yenidən problem yaşayır.

Keçmiş həyat yoldaşı aktyoru şahidləri rüşvət yolu ilə ələ almaqda günahlandırıb. İddia olunur ki, Depp Herdlə aralarında yaşanan dava-dalaşın şahidlərinə səssiz qalmaları üçün milyonlarla pul ödəyib.

"Karib dənizinin quldurları"nın ulduzu üçüncü ildir ki, Herdlə məhkəmədə çəkişir. Eks cütlüyün uzanan məhkəmələri artıq realiti-şouya çevrilib.

Keçmiş həyat yoldaşı Conni məişət zorakılığında günahlandırıb, bədənində qançırları göstərib. Aktyor isə qançırın makiyaj olduğunu bildirib.

(adsgarden = window.adsgarden || []).push({});