"Opel"in altında köməksiz qalan Sabunçu sakini öldü


Digərləri 02 Noy 2019 09:53:00 297 0

"Opel"in altında köməksiz qalan Sabunçu sakini öldü

Bakı sakini ehtiyatsızlıqdan faciəli şəkildə ölüb.

Bakı. Bakı sakini ehtiyatsızlıqdan faciəli şəkildə ölüb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin