“Altın Portakal”ın qalibləri elan edildi


Digərləri 02 Noy 2019 09:14:03 254 0

“Altın Portakal”ın qalibləri elan edildi

Dünən Antalyada 56-cı "Altın Portakal" film festivalının mükafatlandırma mərasimi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecənin qalibi 10 mükafatla "Bozkır" filmi olub. "Beynəlxalq qısametrajlı film" nominasiyası üzrə Ozan Yoleri ("Aylin"), ən yaxşı qısa filmə görə isə Burcu Aykar ("Ablam") qalib olub.

Festivala 29 ölkədən 69 rejissorun 66 filmi göndərilib.

Qaliblərin siyahısı belədir:

Beynəlxalq film yarışması üzrə:

"Ən yaxşı aktyor" - "Castle Of Dreams", Hamed Behdad

"Ən yaxşı aktrisa" - "Three summer",  Regina Case

"Ən yaxşı rejissor" - "Castle of dreams", Rza Mirkərimi

"Ən yaxşı film" - "They say nothing stays the same", Joe Odagiri

Milli film yarışması üzrə:

"Tamaşaçı mükafatı" - "Bilməmək", Leyla Yılmaz

(adsgarden = window.adsgarden || []).push({});