“Apple” korporasiyası “AirPods Pro” qulaqlığını təqdim edib


Digərləri 02 Noy 2019 08:59:00 232 0

“Apple” korporasiyası “AirPods Pro” qulaqlığını təqdim edib

"Apple" korporasiyası səsboğucu sistemə malik yeni "AirPods Pro" qulaqlığını satışa çıxarıb. Bu barədə şirkətin nümayəndəsi məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni qulaqlıq xüsusi dəyişdirilə bilən başlıqlara malik yeni dizayn əldə edib. Bundan başqa, "AirPods Pro" qulaqlığı "IPX4" standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır.

Səsboğucu sistem yalnız kənar səsləri azaltmır, həm də istifadəçinin ətrafda baş verənləri eşidə bilməsi üçün onları gücləndirə bilər. Korpusda yerləşdirilmiş xüsusi sensora toxunuş vasitəsilə iş rejimləri dəyişdirilə bilər. Həmin sensorun köməyi ilə gələn zənglərə cavab vermək mümkündür.

Aktivləşdirilmiş səsboğucu sistemə malik qulaqlıq 4.5 saat işləyir.

(adsgarden = window.adsgarden || []).push({});