BakıQuba yolunda qəzada ölənlərdən ikisinin kimliyi məlum olub FOTO


Digərləri 02 Noy 2019 08:43:00 264 0

BakıQuba yolunda qəzada ölənlərdən ikisinin kimliyi məlum olub  FOTO

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin kimliyi məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, onlardan biri, "Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

Hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.  markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.  

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

(adsgarden = window.adsgarden || []).push({});