2020ci ildə smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək


Digərləri 02 Noy 2019 08:35:00 290 0

2020ci ildə smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək

Dünyada beşinci nəsil (5G) texnologiyasının genişmiqyaslı istifadəyə verilməsindən sonra smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək. Bu haqda Tayvanın "DigiTimes" məlumat portalının analitikləri yazıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, analitiklərin sözlərinə görə, indi əksər smartfonlar yeniləmə sürəti 60 hers olan displeylərlə təchiz olunub. 2020-ci ildə bu göstərici 90 və ya hətta 120 hersədək yüksələcək ki, bu da istifadəçilərin mobil cihazları ilə qarşılıqlı əlaqə təcrübəsini xeyli yaxşılaşdırmalıdır.

"5G" texnologiyası əvvəlki nəsil mobil şəbəkələrlə müqayisədə daha yüksək məlumat ötürmə sürəti təqdim edir.

Ekranın yeniləmə tezliyi şəklin saniyədə mümkün dəyişikliklərinin sayını əks etdirir. Yəni 60 hers o deməkdir ki, ekranda göstərilən şəkil saniyədə 60 dəfə yenilənir.

(adsgarden = window.adsgarden || []).push({});