ABŞın dövlət borcu 23 trilyon dollara çatıb


Dünya 02 Noy 2019 08:23:00 309 0

ABŞın dövlət borcu 23 trilyon dollara çatıb

ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi gündəlik hesabatında deyilir.

Sənəddə göstərilən rəqəm ölkənin dövlət borcunun 31 oktyabra olan vəziyyətini əks etdirir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ÜDM-nin 108 faizindən 2023-cü ildə ÜDM-nin 117faizinə qədər artacaq. ABŞ-ın mövcud borc problemləri 2007-2008-ci illərdəki maliyyə böhranının nəticəsidir. O vaxtdan ölkə bir neçə dəfə dövlət borcunun maksimumunu qaldırmaq məcburiyyətində qalıb. Bu məsələ ilə əlaqədər Demokratlar və Respublikaçılar arasında hər dəfə siyasi mübahisələr baş verir.