“WhatsApp” casus proqramının yaradıcılarını məhkəməyə verəcək
Digərləri 02 Noy 2019 08:01:00 239 0
"WhatsApp" İsrailin "NSO Group" şirkəti tərəfindən hazırlanmış "Pegasus" casus proqramının yaradıcılarını məhkəməyə verəcək. Bu haqda "Financial Times" nəşri yazıb.
Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, sözügedən proqramın köməyi ilə ən azı 100 jurnalist, dissident və hüquq müdafiəçisinin smartfonuna müdaxilə edilib.
"Pegasus" casus proqramının smartfona quraşdırılmasından qorunmaq mümkün deyil: hətta qəbul edilməmiş mesaj və zənglər qurğunu yoluxdurmağa imkan verir.
Bu halda cinayətkarlar qurğudakı bütün mesaj və elektron poçta giriş imkanı əldə edir və bütün danışıqları yaza bilərlər.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az